Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 4-ü və 5-də saat 19:00-da Fəvvarələr Meydanında olacaq.
İdarədən AZƏRTAC-a bildirilib ki, bu həftənin konsert proqramında tanınmış müğənnilər – Əməkdar Artist Lalə Məmmədova və Niyam Salami maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.