Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Astarainfo.az Qol.az-a istinadən xəbər verir ki, son reytinqdə Azərbaycan əvvəlki mövqeyini qoruyaraq 22-ci pillədə qərarlaşıb.
Yunanıstanda “Panatinaikos”a 1:2 hesabı ilə uduzan “Qəbələ” xal hesabımızı artıra bilməyib. Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız 17.375-də qalıb.
Azərbaycandan 1 pillə irəlidə – 21-ci yerdə olan Kiprin 18.425 xalı var.