Onkoloqlar bildirib ki, gecələr sol böyrü üstə yatmaq xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır. Onlar bu faktı bu zaman limfaların normal fəaliyyət göstərməsilə izah edib.
İnsanların yatmağa üstünlük verdiyi poza orqanizmin funksiyaları və özü üçün prinsipial əhəmiyyətə malikdir. Məsələn, tədqiqatçılar üzü üstə yatmağı problemli hesab edirlər.
Sağlamlığın qorunması üçün ən münasib poza sol böyrü üstədir. Terapevtlər tövsiyə ediblər ki, tərpənmədən sol böyrü üstə yatmağı vərdiş halına gətirmək lazımdır. Çevrilməmək üçün belinizə daha bir yastıq yerləşdirmək olar.
Alimlər tədqiqat nəticəsində öyrənib ki, bu vəziyyətdə bədənin daxili orqanları düzgün işləyir. Sol böyrü üstə yatanların səhhətində daha az problemlər olur.
Tədqiqatçıların sözlərinə görə, yatmış insanın orqanizmi toksinlərin utilizasiyası və maddələr mübadiləsinin öhdəsindən gəlməlidir, bu proses nə qədər keyfiyyətli olarsa, xərçənglə mübarizə bir o qədər keyfiyyətli olur. Çünki limfatik sistem bədənin sol tərəfində olduğu üçün sol böyrü üstə yatmaq toksinlərin çıxarılmasını fəallaşdırır.
Bundan başqa, yuxu bədənin sol tərəfində bağırsağın funksiyasının yaxşılaşmasına səbəb olur, qaraciyərin təmizlənməsi prosesini asanlaşdırır və qan dövranı sisteminin fəaliyyətini optimallaşdırır./
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...