Yəhudilər əsrlər boyu dəfələrlə məruz qaldıqları haqsızlıqlar, kütləvi qətliamlar və qırğınlara baxmayaraq dünyanın ən müdrik və güclü milləti hesab edilir. Onlar haqda hələ də minlərlə əfsanələr, lətifələr dolaşır. Hesab olunur ki, bu xalq daim rastlaşdığı çətin vəziyyəti öz xeyirinə həll edib, sonunda qalib olmağı bacarır. Bu bacarıq isə birdən-birə formalaşmır. Yəhudilərin malik olduqları məqsədyönlük, təmkin, zəhmətkeşlik və elmə böyük maraq onlara uşaqlıqdan aşılanır.
Odur ki, yəhudilərin uğurunun sirrini çözmək üçün onların tərbiyə üsullarını öyrəmək lazımdır.
Publika.az yəhudilərin tərbiyə üsullarının ən maraqlı və əsas məqamlarını təqdim edir:
Bu xaqlın nümayəndələri uşaqlarına qarşı xüsusi həssaslıqla yanaşırlar. Hansı yaşda məlumatları necə qavrayacaqlarını bilirlər. Odur ki, övladlarının tərbiyəsilə məşğul olmağa lap erkən yaşdan başlayırlar.
Yəhudi tərbiyə üsulunun cəmiyyətimizə örnək olacaq bir neçə vacib ünsürünü önə çəkməmək olmaz.
Yəhudi ailəsində əsas aparıcı qüvvə anadır. Çünki burada qurulan ailələrdə qadının səlahiyyətləri daha üstüdür. Ailə üzvləri ona nəinki qadın kimi hörmət bəsləyir, həmçinin əsas məsləhətçi hesab edirlər. Ana öz müqəddəs vəzifəsini layiqincə yerinə yetirmək üçün əlindən gələn hər şeyi edir. Hər bir yəhudi valideyn üçün onun övladı ən mükəmməl uşaqdır, və heç vaxt onu tənqid etmir.
Ana daim öz övladının uğurlarını qabardır. Bu tərif uşaq doğulan andan başlayır. Yəhudi ana körpəsinin ən xırda uğurunu belə böyük qələbə kimi qələmə verir. Bura balacanın ifadə etdiyi ən primitiv söz və ya kağız üzərində yazdığı xırda cızma-qara aiddir. Bu gözəl xəbər bütün doğmalara yayılır. Əsas mədsəd odur ki, uşaq insanların onun xoş əməlindən xəbər tutduqlarından agah olsun.
Yəhudi ana heç vaxt övladını danlamır. O, uşağın tutduğu mənfi əməllərini pisləyə bilər. Övladını isə əsla… Yəhudilərin tərbiyə üsulunun özülü də elə budur. Adətən tutduğu pis əmələ görə digər analar övladını günahlandırır, yəhudi analar isə tam əksinə həmin cəhətin özünü pisləyib, övladının gözündən salmağa çalışır.
“Mənim övladımın çatışmayan cəhəti yoxdur, ola da bilməz”, -mental dəyəri yəhudilərin metodikasında üstün tutulur. Bunu isə uşaqların qarşısına vəzifələr qoyub, nəyəsə məcbur buraxmaq deyil, kitabların köməyilə edirlər. Ümumiyyətlə, son araşdırmalar göstərib ki, uşaqlara hər gecə yatmadan öncə təmiz ideologiya formalaşdıran kitablar oxunmalıdır.
Onlar övladlarını müasir qorxunc personajların aqressiyası üzərində qurulmuş animasiyalardan uzaq tutur, illər öncə çəkilmiş və uşaqda müsbət dəyərlər formalaşdıran cizgi filmlərinə üstünlük verirlər. Bu, həm azyaşlıların tərbiyəsini müsbət yöndə formalaşdırır, həm dərin və rahat yuxuya getməsini təmin edir, həm də təsəvvür dünyasını genişləndirir.
Əziz analar, görürsünüzmü milli mənsubiyyətinizdən asılı olmayaraq, övladınızın tərbiyəısində aparıcı qüvvə məhz sizsiniz. Odur ki övladınızı cəzalandırıb, saf dünyalarını zədələmədən öncə yaxşıca düşünün. Bəlkə, bu üsulları sınaqdan keçirəsiniz?!