Makedoniya hökuməti bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edib.
Astarainfo.az Publika.az -a istinadən xəbər verir ki, buna ölkədə tüğyan edən meşə yanğınları səbəb olub.
Makedoniyanın daxili işlər naziri Oliver Spasovski fövqəladə vəziyyət rejiminin 30 gün müddətinə tətbiq edildiyini bildirib. İki həftə davam edən kütləvi meşə yanğınları zamanı bir nəfər ölüb, ölkənin mərkəzi regionunda isə iki ev tamamilə yanıb.