Avqustun 6-da Saatlı rayonundan 17 kilometr şimal-qərbdə, Kürdəmir rayonu ərazisində 3,1 bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:29-da qeydə alınıb.