Leonardo da Vinçinin bloknotundakı qeydlərin 570 səhifəsini indi artıq onlayn rejimdə vərəqləmək mümkündür.

AZƏRTAC rambler.ru, saytına istinadla xəbər verir ki, Leonardo da Vinçinin 1480-1518-ci illərə aid bu qeydləri onun çertyojlarının nadir kolleksiyasıdır. Bu material rəssamın çoxsaylı ixtiralar üzərində iş prosesini izləməyə imkan verir.

Bundan ötrü İtalyan dilini bilmək zəruri deyil, xüsusən ona görə ki, bu dili bilənlər də həmin qeydləri oxumaqda çətinlik çəkirlər. Məsələ burasındadır ki, da Vinçi təfəkkürün effektivliyini artırmaq üçün yazıda güzgü texnikasından istifadə edərək sağdan sola yazırdı.

Bloknotun hər bir səhifəsini gözə yaxınlaşdırmaq mümkündür. Bu, təsvirin ən xırda detallarını da seçməyə imkan verir.