Çində 2018-ci il “Türkiyə turizm ili” elan edilib

Çində çalışan Türkiyə Səyahət Agentlikləri Birliyinə (TÜRSAB) üzv turizm agentlikləri 2018-ci ilin bu ölkədə “Türkiyə turizm ili” elan edilməsi üçün bir araya gəliblər.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, toplantıda verilən yekun qərara əsasən, 2018-ci il Çin Xalq Respublikasında “Türkiyə turizm ili” elan edilib.
Eyni zamanda, toplantılıda turizm sektorunda qarışlıqlı əməkdaşlıq məsələləri, habelə qarşıda duran problemlərə dair aidiyyəti mövzular müzakirə edilib.