Türkiyədə Türkcell Superkuboku uğrunda liqa çempionu “Beşiktaş” ilə Türkiyə Kuboku çempionu “Konyaspor” qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, 33-cü dəqiqədə “Konyaspor” Traorenin qolu ilə 1:0 önə keçib. İlk yarı bu hesabla başa çatıb.
Oyunun 78-ci dəqiqəsində Cenk Tosun hesabı bərabərləşdirib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın 90-cı dəqiqəsində Skubic penalti zərbəsi ilə “Konyaspor”a superkuboku qazandırıb.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Rinə kəndində keçirtmişdir. Görüşdə rayonun inzibati...