Çinin Sıçuan vilayətində 7 bal gücündə zəlzələ baş verib.

Çin Mərkəzi Televiziyasının məlumatına əsasən, hadisə vilayətin Ciucayqou vadisində yerli vaxtla saat 21:19-da (Bakı vaxtı ilə 17:19) qeydə alınıb. Çin Milli Zəlzələ Şəbəkəsinin zəlzələnin episentrinin yer səthindən 20 kilometr dərinlikdə olduğunu bildirib.
Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.