Gündüz saatlarında Xəzərdə batan şəxsin cəsədi aşkar edilib.
Astarainfo.az AZXEBER.COM -a istinadən xəbər verir ki, Sumqayıt şəhərində dənizdə 1 nəfərin çimərkən batıb.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü Qasımov Salehin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 14:05-də başa çatıb.