Uşaq qatili ermənilərin daha bir qanlı cinayəti

Füzuli rayonunun Alxanlı kənd sakini, 2 yaşlı Zəhranı və nənəsini qətlə yetirən ermənilərin bu hərəkəti lənətlənsə də qana həris düşmənlərimiz deyilənlərdən nəticə çıxarmayaraq cinayətkar əməllərini hələ də davam etdirirlər. Dünən Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində yaşadığı həyətə düşən mərmi nəticəsində ağır qəlpə yarası alan 13 yaşlı Ramin Yusifovun vəziyyəti ağır olaraq qalır. Uşaq qatili kimi cinayətlərini, günahsız insanların ölümündə əli olduğunu etiraf etsə də tökdüyü qanlar üçün özünü əsl qəhrəman hesab edən S.Sarkisyanın genetik xüsusiyyətlərindən irəli gələn daha bir vəhşilik.

Hələ dil açmamış balaca Zəhranın həyatına son qoyan, yaralı Raminin çəkdiyi əzablar üçün narahat olmayan Sarkisyan iqtidarının ahıllara, qadınlara, uşaqlara qarşı kini, küdurəti bitməz olduğu kimi, insanlara verdiyi əzablar ən qəddar caninin belə işlətdiyi cinayətlərlə müqayisə olunmayacaq qədər dəhşətlidir. Uşaqlara qarşı törətdikləri cinayətlər isə biri-birindən dözülməzdir.

…20 Yanvar faciəsi ərəfəsində, 19 yanvar 1990-cı ildə Sədərək rayonunu top atəşinə tutan ermənilər həyətlərində oynayan Malik və Elvin qardaşlarını qətlə yetirdilər. Qərbi Azərbaycanda doğma torpaqlarından qovulan soydaşlarımıza qarşı vəhşiliklər törədən erməni vandalları uşaqlara qarşı daha qatı cinayətlərə imza atdılar. 10-13 yaşlı uşaqları dəmir boruya dolduraraq ətrafına mazut töküb yandıran, körpələri əzabla öldürən ermənilər özlərinin bu vandallara xas olan hərəkətlərini də soyuqqanlılıqla izlədilər. Çünki öldürülən azərbaycanlı balaları idi.

Bilərəkdən çaya axıtdıqları oyuncağa partladıcı yerləşdirən ermənilər gəlinciyi götürmək istəyən Tovuz rayon sakini, 13 yaşlı Aygün Şahmalıyevanı qətlə yetirdilər. Erməni snayperinin gülləsi ilə həyatına son qoyulan 9 yaşlı Ağdam rayon sakini Fariz daşnak faşizminin qurbanı oldu.

Ermənilərin vəhşiliklərindən bəhs edən yüzlərlə, minlərlə belə sübutlar vardır. Xocalıda törədilmiş soyqırımında da uşaqlara qarşı vəhşiliklər törədilmişdir. Xocalı soyqırımının dözülməz mənzərəsindən, erməni qəddarlığından dəhşətə gələn fransız jurnalisti Jan İv Yunet yazır: “Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinin- qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər.”

Ermənilərin işğal etdikləri ərazilərdə əsir götürdükləri azərbaycanlılara qarşı amansız münasibəti əks etdirən, “Moskovskiy komsomoleç” qəzetində dərc olunmuş “Neftyanoy sindrom” (29.01. 1994) sərlövhəli məqalədə yazılır: “… Əsirlər var. Lakin artıq yaşamağa yararlı deyillər. Qışda onları səhərlər ayaqyalın qarın-buzun üzərinə çıxarırlar. Təpələrindən soyuq su tökür, başlarında şüşə sındırır, sonra təzədən kameraya salırlar. Əsl işgəncələr isə bundan sonra başlanır. Barmaqlarını qapının arasına qoyub qırır, çığırdıqca rezin dəyənəklə döyürlər. Çoxu əzablara tab gətirməyərək dəli olub ölür. Növbəti kəndi zəbt edən bir erməninin diri körpəni götürüb iki böldüyünü görmüşəm. Sonra bədəninin bir hissəsi ilə anasının sifətinə, başına o qədər döydü ki, övladının al qanına bulaşmış qadın dəli olub gülməyə başladı.”

Ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələrin özləri tərəfindən  etiraflarını oxuduqca daşnak töküntülərinin insan olduğuna inana bilmirsən. Daşnak ideologiyasını təbliğ etdiyini fəxrlə bildirən və müsəlmanlara qarşı kinini gizlətməyən qaniçən Zori Balayan “Ruhumun dircəlişi” kitabında Xocalıda törətdikləri soyqırımında tökülən qanları ruhunun qidası adlandırır: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq.”

Erməni yazıçısı, “Xac uğrunda” kitabının müəllifi David Verdiyanın Xocalı müsibətləri ilə bağlı  insan qanını donduran yazıları erməni qəddarlığının etirafıdır: “ Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündə getmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qızın meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi.”

Daha bir misal. “Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu)  2000-ə yaxın monqolun ( türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuğa, aclığa və ağır yaralanmasına baxmayaraq o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacağam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi..”

Dəhşət doğuran, bu millətin genlərindən irəli gələn qana hərislik xüsusiyyətlərini və vəhşiliklərini əks etdirən nümunələr  əsrlərdən bəri azərbaycanlılara qarşı  törədilən erməni vandalizminin cüzi hissəsi, yalnız uşaqların başına gətirdikləri müsibətlər haqqında etiraflardır. Onların qətlə yetirdikləri qadınların, kişilərin, gənclərin sayı isə minlərlədir. Vaxt gələcək Sarkisyan başda olmaqla qəddar ermənilər qətlə yetirdikləri Malik, Elvin, Aygün, Fariz, Zəhra… onlarla adları bəlli olmayan günahsız körpə, uşaq, yeniyetmə üçün cavab verməli olacaqlar. Lələtəpədə dalğalanan bayrağımızı gördükcə quyruğu tapdalanmış köpək kimi hamıya saldıran ermənilərin qana həris cəllad babaları görbagor Andranik sayaq qulaqlarının kəsiləcəyi vaxt gələcək. Onda hamı görəcək ki, qisas qiyamətə qalmayacaq.

Xuraman İsmayılqızı, “İki sahil