Azərbaycan futbolunda tarixi təyinat

Topaz Premyer Liqasının debütantı olan “Səbail” klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, bu, Törə Əhmədova olub. 

Məlumatı saytımıza Törə xanımın özü də təsdiqləyib.

Xanım həmkarımız uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis kimi çalışır.

Əhmədova “Səbail”də həmin postda AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla kubda Müşahidə Şurasına yeni üzv seçilib.

Əhmədova futbol tariximizə düşüb. Belə ki, o, Azərbaycanda futbol klubunda ilk xanım mətbuat katibi olub.