Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” üzərində turnirin  loqosu əks olunan formalarda çıxış edəcək.

Astarainfo.az “Qaynarinfo” -ya istinadən xəbər verir ki, bu barədə klubun “facebook” səhifəsində məlumat verilib.

Ağdam klubu ilk olaraq Topaz Premyer Liqada yeni mövsümün ilk turunda “Neftçi” ilə qarşılaşmada bu formada meydana çıxacaq.