“Qəbələ” komandası Topaz Premyer Liqasının 2017/18 mövsümünün hazırlığını davam etdirir.
AZƏRTAC xəbər verir ki, “Qırmızı-qaralar” bu həftə start götürəcək Premyer Liqaya Bakıda hazırlaşır.
Roman Qriqorçukun yetirmələri avqustun 7-dən paytaxtdakı Bakı Olimpiya Stadionunda hazırlıq keçir. Məşqlərini ölkənin ən böyük arenasında keçirən “Qəbələ” klubu “İnter”lə ilk turun səfər matçını avqustun 12-də keçirəcək.
Xatırladaq ki, birinci turun “İnter” – “Qəbələ” oyunu avqustun 12-də “İnter Arena”da olacaq. Görüş saat 20:00-da başlayacaq.