Şimali Koreya ABŞ-a hücuma hazırlaşır

Şimali Koreya ordusu ABŞ hərbi bazalarını hədəf alan və Hvasonq-12 ballistik raketlərin istifadə olunacağı hücumlara hazırlaşır.

Astarainfo.az Publika.az -a istinadən xəbər verir ki, Şimali Koreya ballistik raket atacağı tək ölkənin ABŞ olduğunu və bu iddianın sözdə qalmayacağını açıqlayıb.

Birləşmiş Millətlərin Təhlükəsizlik Palatasının ölkəyə qarşı sanksiyalarını hər fürsətdə dilə gətirən Koreya Sakit okeandan 3400 km uzaqlıqda yerləşən Quama hücum edəcək.

Şimali Koreya ordusunun sözçüsü Quamdakı ABŞ-ın Anderson hərbi bazalarını bombardman etmək planı üzərində işlədiklərini və prezident Kim Yonqun qərar verdiyi an hərəkətə keçəcəklərini açıqlayıb.