Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə keçirilən “ADNSU Yay məktəbi – 2017” avqustun 11-də başa çatacaq.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, bu il iyulun 31-dən başlanan yay məktəbində Azərbaycan, Almaniya, Türkiyə, Peru və İtaliyadan olan 21 tələbə yerli mütəxəssislər tərəfindən “Postneft dövrünün iqtisadiyyatı” mövzusunda aparılan mühazirələrdə iştirak edib.

Eyni zamanda, iştirakçılar muzeyləri ziyarət edib, tarixi abidələrlə tanış olublar.

Yay məktəbi DAAD-ın dəstəyi ilə “Şüvəlan qəsəbəsində A.S.Makarenko adına Humanitar Fənlər Gimnaziyasında keçirilir.