Masallı dağlarında yanğın başlayıb.

Astarainfo.az  Axar.az-a istinadən xəbər verir ki,  avqustun 9-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə yanğın müşahidə olunur.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində 10 avqust 2017-ci il tarixində saat 10:50-də yanğın məhdudlaşdırılıb.

Yanğının söndürülməsi üçün işlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyi Masallı dağlarında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Axar.az-a verilən məlumata görə, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə müşahidə olunan yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 16:11-də söndürülüb.

Ətraflı məlumat veriləcək.