San Marino milli komandasının Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb

 Futbol üzrə San Marino milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya və Azərbaycan yığmalarına qarşı keçirəcəyi oyunlara hazırlıq üçün heyəti açıqlanıb.

“Report”un məlumatına görə, baş məşqçi Pyer Anjeli Manzaroli bu gün start götürən təlim-məşq toplanışı üçün 21 futbolçuya dəvət göndərib.

Qapıçılar: Cakomo Muraccini, Mattia Manzaroli

Müdafiəçilər: Covanni Bonini, Marko Berardi, David Sezarini, Kristian Brolli, Fabio Vitaoli, Mikele Kevoli, Andrea Qrandoni

Yarımmüdafiəçilər: Maikol Berretti, Pietro Kalzolari, Luka Çeççaroli, Luka Kensoni, Mikele Kervellini, Alessandro Golinucci, Adolfo Xose Hirş, Tommaso Zafferani, Andrea Zavoli

Hücumçular: Marko Berardi, Danilo Rinaldi, Mattia Stefanelli

Qeyd edək ki, sentyabrın 1-də Şimali İrlandiyanı qəbul edəcək San Marino, üç gün sonra Azərbaycan yığmasının qonağı olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edib.