“Hollandiyanın nağıllar aləmi” adlandırılan Giethorn nağıllarda, cizgi filmlərində görüdüyümüz kəndlərin dünya üzərindəki nadir reallıqlarından biridir.

Qəsəbənin adı “keçi buynuzu” mənası verən “goat horn” birləşməsindən əmələ gəlib. Bölgənin ilk sakinləri buranı kəşf edərkən yüzlərlə keçi buynuzu tapıb və buna görə qəsəbələrinə bu adı veriblər.

Qəsəbənin digər ləqəbi isə “Hollandiyanın Vensiyası”dır. Ancaq Giethorn Venesiyadan fərqli olaraq meqapolis deyil. İki bölgənin tək ortaq nöqtəsi nəqliyyatın kanallarda hərəkət edən qayıqlardan ibarət olmasıdır.

Hazırda qəsəbədə 2620 insan yaşayır. Burada avtomobillərdən istifadə edilmir. Nəqliyyat vasitəsi kimi isə velosiped və qayıqlar mövcuddur.

Giethorn son zamanlarda sosial media sayəsində tanınmasına rəğmə

n, hələ də sakit və rahat bir qəsəbə olaraq qalır. Sakinlərin dediklərinə görə, burada eşidilən ən yüksək səs kanallardakı ördəklərin qaqqıltısı ola bilər. Nəqliyyatda istifadə edilən qayıqların motorları o qədər səssiz işləyir ki, onlara “fısıldayan qayıqlar” adı veriblər. Yay mövsümündə yamyaşıl örtüyə bürünən qəsəbə rəngarəng çiçəklərlə göz oxşayır. Şimalda yerləşdiyi üçün bölgənin qışı olduqca sərt keçir. Sakinlər qışda buzla örtülən yollarda buz konkilərindən istifadə edirlər.

Əgər nə vaxtsa, Giethorna yolunuz düşsə, bölgəyə məxsus dondurma yeməyi və xoşbəxt olmağı unutmayın.

 Publika.az