Türkiyənin görkəmli aktyoru Seyfettin Karadayı vəfat edib.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, 94 yaşlı aktyor İstanbulda Yeniköy məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, Karadayı 1970-ci ildən bu sənətdə olub. Kemal Sunalla 12 filmdə birgə oynayıb. O, karyerası ərzində 750-dən çox filmdə və serialda rol alıb.