Yer kürəsinə asteroid yaxınlaşır

Oktyabr ayının 12-də Yer kürəsi yaxınlığından asteroid keçəcək.

Astarainfo.az Oxu.az -a istinadən xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.

Səma cisminin diametri təxminən 15-30 metrdir. Qeyd olunur ki, bu ölçülərə malik asteroidin Yerin atmosferinə daxil olmasının effekti 2013-cü ildə Çelyabinskdə düşən meteoritlə müqayisə edilə bilər.
Agentliyin məlumatına əsasən, asteroid Yerdən 44 min kilometr məsafədən keçəcək.
“Bu çox yaxın məsafədir”, – Avropa Kosmik Uçuşlar Mərkəzinin direktoru Rolf Densinq deyib.