Araşdırmalar nəticəsində məlum olub ki, xına bir çox xəstəliklərin müalicəsində güclü effektə malikdir. Həmçinin xərçəng, parazit, şəkər xəstəliyini önləyici xüsusiyyətlərinin olduğu da məlum olub.
 
Astarainfo.az Moderator.az bildirir ki, xına, immunitet sistemində  müsbət istiqamətdə tənzimləyici təsirlərə malikdir. Xına qarqara kimi badamcıq vəzi iltihabı, boğaz iltihabı, xora, bağırsaq qurdu və yüksək temperatur kimi problemlərin müalicəsində tətbiq edilir.
Xınanın faydaları ilə yanaşı zərərli tərəfi də var. Nadir bir qan xəstəliyi olan favizm xəstəliyi olan, amma xəstə olduğu məlum olmayan bir uşağın əlinə xına çəkilməsi, az miqdarda olsa belə, daxili qanaxmaya səbəb ola bilər.
Xına, xalq təbabətində  qotur, saç kəpəyi, saç tökülməsi, sarılıq, göbələk xəstəlikləri, dalaq böyüməsi və xərçəng xəstəliyinin müalicəsində uğurla istifadə olunur.
Elmi araşdırma nəticəsində xınanın nevroloji ağrılara da müsbət təsir etdiyi məlum olub.
 
Kamran

“Avropada “ərəblər qadınlarımıza sataşdılar” deyilmir, amma Azərbaycanda…”
Şəhid gizirimizin doğum günüdür – FOTOL