Zəvvarlar üçün günəş enerjisi ilə işləyən əvəzsiz çətir

Havanın hərarətinin 50 dərəcəyə yüksəldiyi Səudiyyə Ərəbistanda ərəb sahibkar günəş enerjisi ilə işləyən çətir hazırlayıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, günəş enerjisi sayəsində çətirə yerləşdirilmiş pərlər hərəkət edir. Qurğunun bir özəlliyi də ondan ibarətdir ki, çətirin alt hissəsinə içi dolu su qabı yerləşdirildiyi zaman həmin pərlər su püskürür və bu da istifadəçiyə rahatlıq gətirir.

Çətirin istifadəçiləri həcc ziyarəti zamanı bu qurğunun zəvvarlar üçün əvəzsiz olduğunu iddia edirlər.