Zinəddin Zidan “Real” ilə müqaviləsinin müddətini uzadıb

“Real” futbol klubunun baş məşqçisi Zinəddin Zidan Madrid klubu ilə əməkdaşlığını davam etdirəcək.

AZƏRTAC “As” nəşrinə istinadla xəbər verir ki, tərəflər 2020-ci ilin yayına qədər müddətə yeni müqavilə imzalayıblar. İsko ilə bağlı məsələdə olduğu kimi, bu barədə də münasib vaxtda məlumat veriləcək.
Z.Zidanın məvacibi artaraq ildə 4,35 milyon avrodan 8 milyon avroya çatıb. Bu məbləğin bir hissəsi nailiyyətlərə görə bonus şəklində ödəniləcək.