AZƏRTAC xəbər verir ki, Ramil Quliyevin qələbəsi ölkənin “Insidethegames.biz” idman portalı, “The Guardian” qəzeti və digər mətbuat orqanlarının diqqət mərkəzində olub.

Yazılarda qeyd edilir ki, təcrübəli atlet dünya çempionu olmaqla adını tarixə yazdırdı. Vurğulanır ki, Türkiyəni təmsil etməsinə baxmayaraq, idmançı öz ölkəsi olan Azərbaycanı unutmadı, çempion olduqdan sonra həm Türkiyənin, həm də Azərbaycanın bay

raqları ilə dövrə vurdu.