Azərbaycan vizanın alınmasının ən sadələşdirilmiş proseduru olan 5 ölkə arasında birinci yerdədir. 

Astarainfo.az -ın  Trend-ə istinadən məlumatına görə, bu barədə Britaniyanın “Wanderlust” jurnalı yazıb.

Jurnalda qeyd edilir ki, Azərbaycanda vizaların verilməsinin elektron sisteminə keçiddən sonra, vizanın verilmə vaxtı və qiyməti əhəmiyyətli dərəcədə azalıb.

Nəşrdə qeyd edilir ki, ölkə hökuməti tərəfindən atılan addımlardan sonra vizaların verilməsi prosesi əhəmiyyətli dərəcədə sadələşib və cəmi bir neçə gün tutur.

İkinci yeri vizaların verilməsinin elektron sisteminə keçiddən sonra Kamboca tutub.

Üçüncü yeri Şri-lanka tutub. Bu ölkədə vizanın alınması prosesi 24 saatdan az vaxt alır.

Şri-lankadan sonra Tacikistan gəlir. Keçmiş sovet ölkəsi həmçinin keçən il vizaların verilməsinin elektron formasına keçib.

Qeyd edilir ki, indi Tacikistana girişə icazənin alınması üçün yalnız pasportun surəti tələb olunur.

Sadələşdirilmiş viza proseduru olan ölkələrin TOP-5-ində son yeri Vyetnam tutur. Bu ölkəyə vizanın alınması prosesi maksimum üç gün tutur və online-sistemin vasitəçiliyi ilə həyata keçirilir.