Burkina-Fasoda kafeyə hücum edən silahlılar qətlə yetirilib

Burkina-Fasonun Uaqaduqu şəhərində yerləşən “İstanbul” kafesinə hücum edən silahlılar təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, kafedə hələ də insanların qaldığı bildirilir.

Xatırladaq ki, yerli vaxtla saat 21:30-da üç silahlı şəxs avtomobillə Uaqaduqu şəhərindəki “İstanbul” kafesinə yaxınlaşaraq terrasda oturan müştərilərə atəş açıb. Bundan sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma başlayıb. Nəticədə 17 nəfər həlak olub, 8 nəfər yaralanıb. Həyatını itirənlərin milliyyəti barədə məlumat yoxdur.