İstanbulda İŞİD-ə qarşı həyata keçirilən əməliyyat çərçivəsində terrorçularla əlaqədə olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Anadolu informasiya agentliyinin məlumatına görə, şübhəli şəxs İstanbul Polis İdarəsinə çatdırılan zaman onu müşayiət edən polis əməkdaşına qəflətən bıçaqla zərbə endirib. Adı açıqlanmayan silahlı asayiş keşikçiləri tərəfindən dərhal zərərsizləşdirib.

Təcili yardımla xəstəxanaya çatdırılan polis əməkdaşı Sinan Acarın həyatını isə xilas etmək mümkün olmayıb.