Türkiyədə ağır yol qəzası: 7 nəfər həlak olub

Türkiyənin Ağrı vilayətinin Tutak rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC Türkiyənin rəsmi mənbələrinə istinadla xəbər verir ki, yol qəzasına TIR üzərindəki ağır texnikanın qəflətən yerə düşməsi səbəb olub. Nəticədə qarşı tərəfdən gələn avtobus texnika ilə toqquşub. Avtobusdakı sərnişinlərdən 7-si həlak olub, 11 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.