Yəməndə partlayış nəticəsində azı 13 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.
Vesti.ru saytı xəbər verir ki, partlayıcı qurğu ölkənin cənubunda yerləşən Əd-Dalia əyalətinin Kaataba yaşayış məntəqəsində işə düşüb.
Yerli KİV-lərin məlumatına əsasən, həyatını itirənlərin hamısı dinc sakinlərdir. İnsidentin təfərrüatı barədə heç bir məlumat verilmir.