“Art Tover” rəsm qalereyasında növbəti sərgi

Bakıdakı “Art Tover” rəsm qalereyasında tanınmış gənc rəssam Sevda Bayraqdarın sənət əsərlərindən ibarət sərgi açılıb. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan” təşkilatının təşkilatçılığı ilə gerçəkləşib.

Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib. “Art weekend” layihəsi çərçivəsində təşkil edilən sərgidə fırça ustasının 10-dan çox sənət əsəri ziyarətçilərə təqdim olunur. Müxtəlif mövzulu rəsmlərin yer aldığı sərgi paytaxt sakinləri və turistlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, sözügedən layihə çərçivəsində hər həftənin altıncı və bazar günləri müxtəlif rəssamların əl işləri sərgilənəcək.