Hindistanda 37 yaşlı Abhişek Prasad beynində əməliyyat aparılan zaman 7 saat gitara çalıb. Astarainfo.az FaktXeber.com-a istinadən verdiyi məlumata görə, musiqiçi barmaqlarının artıq onun sözünə baxmadığı və gitara çala bilmədiyini anlayanda həkimə müraciət edib. Həkimlər onda nevroloji pozğunluqlar aşkarlayaraq əməliyyata qərar verirlər.
Məlum olub ki, əməliyyatın uğurlu keçdiyini anlamaq üçün elə məhz həkimlər ondan musiqi alətini çalmağı xahiş ediblər.
-Əməliyyat boyu Abhişekin şüuru yerində idi və gitara çalırdı, deyə dr. Şaran Şrinivasan bəyan edib. – Problemin yerini müəyyən etmək üçün həkimlər üçün bu çox vacib idi.
“Əməliyyatın sonuna yaxın barmaqlarım 100 faiz işləyirdi və mən onları əvvəlki kimi hərəkət etdirə bilirdim”, deyə pasiyent öz təəsüratlarını bölüşüb.