Malinin Timbuktu şəhərində BMT missiyasının mənzil-qərargahına hücum nəticəsində azı 7 nəfər həlak olub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, insident nəticəsində Mali vətəndaşlığı olan 5 mühafizəçi, jandarmeriya əməkdaşı və missiyada işləyən mülki şəxs həyatını itirib.

Həmçinin hücum zamanı mühafizə xidmətinin bir əməkdaşı və 6 sülhməramlı da yaralanıb.

Atışma nəticəsində hücum edən silahlıların 6-sının öldürüldüyü bildirilir.