Əfqanıstan məsələsi üzrə “Asiyanın ürəyi – İstanbul Prosesi”nin növbəti iclası bu il dekabrın ortalarında Bakıda keçiriləcək.
Astarainfo.az bu barədə “Report”a istinadən xəbər verir, iclas ilkin olaraq dekabrın 15-nə təyin edilib. Daha əvvəl xəbər verildiyi kimi, görüşdə Əfqanıstan Prezidenti Əşrəf Qəni və xarici işlər naziri Səlahuddin Rəbbani iştirak etməlidir: “İclasın dəqiq tarixi prezidentin qrafikindən asılı olacaq.”
Xatırladaq ki, bu il martın 17-də Bakıda “Asiyanın ürəyi – İstanbul Prosesi” prosesində iştirak edən ölkələrin yüksək səviyyəli rəsmilərinin iclası keçirilib. Azərbaycan bu tədbirə prosesin builki həmsədri kimi ev sahibliyi edib.