Tərkibi:
500 qr quzu əti
2 xörək qaşığı holland pendiri
1,5 stəkan süd
1,5 yemək qaşığı un
2 yemək qaşığı kərə yağı
5 ədəd badımcan və ya bir banka konservləşdirilmiş badımcan

Əti üçün lazım olanlar:
2,5 stəkan isti su
2 ədəd pomidor
1 xörək qaşığı sirkə
2 ədəd soğan
2 xörək qaşığı kərə yağı
kəklik otu
duz

Hazırlanması:
Qazana ətləri alın. Ətlər suyunu çəkincəyə qədər qarışdıraraq bişirin. Arxasınca ətlərin üzərinə kərə yağını, kiçik doğranmış soğanları əlavə edib hamısını bir yerdə 3 dəqiqə qovurun. Ətlərin üzərinə sirkə gəzdirin. Pomidorları rəndələyin.
Rəndələnmiş pomidoru, isti suyu, kəklikotunu və ən son duzu əlavə edərək – ətlər yumşalana qədər bişirin. Suyu çəkilərsə tədricən isti su əlavə edə bilərsiniz. Başqa tərəfdə bir qazan götürün. Kərə yağını əridin. Unu əlavə edin.
Qarışdıraraq un rəngini dəyişib saralana qədər qovurun. Dayanmadan qarışdıraraq soyuq südü əlavə edin və qalınlaşana qədər bişirin. Qalınlaşdıqdan sonra ocaqdan alın. Suyu süzülmüş konservləşdirilmiş badımcanları, holland pendirini əlavə edin.

Nuş Olsun!