“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edib.
Astarainfo.az Qol.az-a istinadən xəbər verir ki, sözügedən matçın ən yaxşı oyunçusu Ağdam klubunun üzvü Mahir Mədətov seçilib.
Qeyd edək ki, gənc forvardın 25-ci dəqiqədə vurduğu qol “Qarabağ”a 1:0 hesablı qələbə qazandırıb.