Qadın voleybolçulardan ibarət Serbiya millisinin Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, millinin heyətinə 16 oyunçu cəlb olunub.
Heyətə toppaylayıcılar – Ana Antoniyeviç, Boyana Jivkoviç, Sladyana Mirkoviç, hücumçular – Ana Bjelitsa, Tiyana Boskoviç, Slaçana Malaqurski, Brankitsa Mixayloviç, Tiyana Maleşeviç, Byanka Buşa, Boyana Milenkoviç, liberolar – Yelena Blaqoyeviç, Teodora Puşiç, blokçular – Milena Raşiç, Stefana Velkoviç, Yovana Stevanoviç və Mina Popoviç dəvət ediliblər.
Serbiya millisi avqustun 30-da çempionata hazırlığı yekunlaşdırıb, yoxlama matçlarına üstünlük verməyi planlaşdırır.
Serbiya millisi çempionatın qrup mərhələsinin Göygöldə keçirəcək. Komanda Çexiya, Hollandiya və Belçika ilə birgə “D” qrupunda yarışacaq.