Sentyabrın 1-dən 3-dək İçərişəhərdə “Unudulmuş yeməklər” adlı növbəti yemək festivalı keçiriləcək.

Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, festivalın keçirilməsində məqsəd şəhərimizin tarixi hissəsində Qurban bayramı ab-havası yaradaraq bayram təntənəsini paytaxt sakinləri və şəhərimizin qonaqları ilə birlikdə qeyd etməkdir.

Hazırlanmasında və təqdimatında festivala gələnlərin də iştirak edə biləcəyi irimiqyaslı yemək festivalı, eyni zamanda, Azərbaycan mətbəxinə olan marağı artırmaq və milli mətbəxin unudulmuş zənginliklərini nümayiş etdirərək xalqımızın süfrəsinə geri qaytarmaq məqsədi daşıyır.

Hər kəs 3 gün müddətində İçərişəhərin tarixi küçələrində milli mətbəximizin unudulmuş ləzzətini dada bilər.