Yamaykalı sprinter Useyn Bolt İngiltərənin “Mançester Yunayted” komandasının heyətində veteran futbolçularla birgə İspaniyanın “Barselona” komandası ilə xeyriyyə matçında iştirak edə bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Olimpiya çempionunun görüşdə iştirakı onun zədəsinin sağalmasından asılı olacaq. U.Bolt avqustun 13-də peşəkar karyerasını başa vurduğu Londonda keçirilən atletika üzrə dünya çempionatında xəsarət alıb.
Qeyd edək ki, İngiltərənin “Berton Albion” komandası karyerasını futbolda davam etdirmək istəyən 31 yaşlı idmançını heyətinə baxışa dəvət edib.