Dünən UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Astarainfo.az “Qafqazinfo”-ya  xəbər verir ki, qeydə alnan nəticələrdən sonra bəzi ölkələrin klub reytinq sıralamasında dəyişikliklər qeydə alınıb.

İlk olaraq Azərbaycanın mövqeyindən başlayaq. Ölkəmiz yenə də əvvəl olduğu kimi 22-ci pillədə qərarlaşıb. 23-cü yerdə olan Belarus təmsilçisi BATE bərabərliyə qaldığından aradakı fərq azalıb.

Əvəzində bizi izləyənlərdən Bolqarıstan “Ludoqorets”in qələbəsi sayəsində 1 pillə irəliləyərək  İsveçi qabaqlayaraq 24-cü yerə qalxıb. Hazırda Azərbaycanın və ona yaxın mövqelərin reytinq cədvəlində vəziyyət bu cürdü:0. Kipr – 18.925

21. Rumıniya – 18.650
22. Azərbaycan– 17.625
23. Belarus – 17.375
24. Bolqarıstan – 17.250
25. İsveç – 17.225

Qeyd edək ki, cari mövsüm qazanılan 2.875 xalın 1.125-ini “Qarabağ”, 0.750-ni “İnter”, 0.625-ni “Zirə” və 0.375-ni isə “Qəbələ” qazanıb.
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.