Bir qadına tərəf addım atarkən düşün, axı hər bir qadının ayaqları altında cənnət yatır.Hisslər oynadılmaq üçün yaradılmayıb, oynamağı bacarırsansa onun zülfüylə oyna! Rola girərək gözəl rol ifaçısı olmaq istəyirsənsə qəhrəman obrazını seç. Bu obraz əsl kişiyə yaraşır. Bir kişi mələyi faişə edən deyil, faişəni məlık edəndir. Getmək acizlikdir desək də o incilərsə səssiz səmirsiz getmək qərarın verər. Nə vaxt ki, onun xətt çəkməyə qalxaraq səndən getməyini görürsənsə, o zaman bacarırsan durdur onu, nazını çək ! Rəssam şəklini çəkər, amma bir qadının nazını yalnız onun sevdiyi çəkə bilər!
Zərif qadını zəif bilərək əl qaldırma, qayğı göstər, baş tacın et və gör kim-kimi qaldırır?Sən dilənçi olsan belə o səni sultan edər. Hər kəsə səni baş tacı təqdim edər!
O zəif bildiyin qadın öz sevgisinin və sevdiyinin yolunda hər zülmə qatlaşar. Yeməz- yedirdər, gülməz-güldürər, sevgisinin odunda səni isitməy üçün yanıb kül olar.
Qoparırsansa, ürək qoparma, gül qopard qadınına vermək üçün!
Məhz budaqdan qopararaq nəfəsinlə yarpaqların təmizlədiyin kimi.
Ona nəfəsin qədər yaxın ol, nəfəsi olduğunu bilmək üçün.
Alırsansa, illərini alma, yaxınlaş, qulağına pıçılda ki, “Səni sevirəm”, könlünü al.
Üstünə yox, dünyaya qışqır, hayqıraraq hər kəsə söylə o mənim qadınımdır! Bunu bacaracaq ürək varmı sizdə? Varsa, sevdiyiniz qadının əlin bıraxmayın!
Almaz İlahə Əhmədova
Djb.az