Azərbaycanda dövlət qulluğuna qəbulun keçid balları məlum olub.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, inzibati vəzifələrin qrupları, alt qrupları, hər alt qrup üzrə keçid balları formalaşıb. Vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə aşağıdakı qaydada müəyyən olunur:
Vəzifə qrupu | Vəzifə altqrupu | Altqrupa daxil olan vəzifələr | Keçid balı (faizlə) |
AA | AA1 | inzibati vəzifələrin 1-ci təsnifatı üzrə:
dövlət orqanlarında aparat rəhbəri |
85 |
AA2 | inzibati vəzifələrin 2-ci təsnifatı üzrə:
dövlət orqanlarında aparat rəhbəri; dövlət orqanlarında aparat rəhbərinin müavini və şöbə müdiri; mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri; fondların icraçı direktoru və direktoru |
80 | |
AA3 | inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:
şöbə müdirinin müavini; dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi; dövlət orqanlarında aparat rəhbəri; Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi; Tarif Şurasının katibi |
75 | |
AA4 | inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:
mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri; fondların icraçı direktorunun və direktorunun müavini; dövlət orqanlarında aparat rəhbərinin müavini |
70 | |
AB | AB1 | inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:
şöbə müdiri; sektor müdiri; regional bölmənin rəhbəri |
85 |
AB2 | inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:
şöbə müdirinin müavini; dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi; regional bölmənin rəhbərinin müavini |
80 | |
AB3 | inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
sektor müdiri; şöbə müdirİ |
75 | |
AB4 | inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
şöbə müdirinin müavini |
70 | |
AC | AC1 | inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
yerli bölmənin rəhbəri; mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri |
80 |
AC2 | inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
şöbə müdiri; sektor müdiri; yerli bölmənin rəhbəri |
75 | |
AC3 | inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
yerli bölmələrin rəhbərlərinin müavini; şöbə müdirinin müavini; mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri |
70 | |
AC4 | inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:
sektor müdiri; |
65 | |
BA | BA1 | inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:
baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi |
85 |
BA2 | inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:
aparıcı məsləhətçi; məsləhətçi |
80 | |
BA3 | inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi |
75 | |
BA4 | inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi |
70 | |
BB | BB1 | inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi |
80 |
BB2 | inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi |
75 | |
BB3 | inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:
baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi |
70 | |
BB4 | inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:
aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi |
65 |
Qeyd: A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
– AA qrupu; – AB qrupu; – AC qrupu.
B növü – inzibati icraçı vəzifələr üzrə:
– BA qrupu; – BB qrupu
(apa)