Premyer Liqadan La Liqaya

“Valensiya” “Arsenal”ın futbolçusu Qabriel Paulistanı transfer edib.

Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, 26 yaşlı müdafiəçi ilə  2022-ci ilin iyununa kimi müqavilə imzalanıb. İspaniya təmsilçisi yeni transferinə 80 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Q.Paulista ötən mövsüm İngiltərə Premyer Liqasında 19 matçda meydanda olub.