Avqustun 16-da Xəzərdə batan gənclərin meyiti tapılıb.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən daxil olmuş məlumata əsasən, avqustun 16-da dənizdə batdığı ehtimal edilən 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğlunun cəsədləri tapıldığı üçün axtarışlar dayandırılıb.

 

***

17 avqust

saat 12:18

Avqustun 16-da dənizdə batdığı ehtimal edilən şəxslərin şəxsiyyəti müəyyən edilib.

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, axtarışları aparılan şəxslər 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğludur. Axtarış işləri haqqında əlavə məlumat veriləcək.

**

10:26

Dənizdə batan şəxslərdən birinin kimliyi bəlli olub.Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN ) saytına istinadən məlumatına görə, avqustun 16-da dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir. Əla