Stiv Bennon Ağ Evin strategiya məsələləri üzrə baş mütəxəssisi vəzifəsindən istefa verib.Amerika KİV-ləri Ağ Evin yüksəkvəzifəli məmurlarından birinin informasiyasına istinadla xəbər verirlər ki, son bir neçə ayda Prezident Trampın Bennonla bağlı ümidləri getdikcə boşa çıxırdı. Bennon Ağ Evdəki rəsmi şəxslərin demək olar ki, hər biri ilə, o cümlədən baş müşavir Cared Kuşner, milli təhlükəsizlik məsələləri üzrə müşavir, general-leytenant H.R. Makmaster və Ağ Evin aparat rəhbəri Con Kelli ilə münaqişə vəziyyətində idi.

Bennon Prezidentin ən yaxın adamlarından biri və Donald Trampın seçkiqabağı kampaniyasının son aylarında onun baş strateqi hesab edilirdi. O, Ağ Evdə tutduğu vəzifədə düz bir il çalışıb.

 

 AZƏRTAC