Gənclər və idman naziri Azad Rəhimov Qəbələ rayonunda vətəndaşları qəbul edəcək.
Astarainfo.az “Report”a istinadən məlumat verir ki, qəbul avqustun 23-ü saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində (Qəbələ rayonu, 28 may küçəsi 40, Heydər Əliyev parkının ərazisi ) başlayacaq.
Qəbulda Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki, İsmayıllı şəhər və rayon sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayonların (şəhər) Gənclər və idman idarələrinə müraciət edə bilərlər.