Cənubi Asiyada aramsız yağan musson yağışları nəticəsində baş verən irimiqyaslı daşqınlar 700 nəfərin ölümünə səbəb olub, 1 milyondan çox insan evlərini tərk edib.
AZƏRTAC “lefigaro.fr” saytına istinadla bildirir ki, son sutka ərzində 100 nəfər daşqınların qurbanı olub.
Bir həftədən çoxdur davam edən təbii fəlakət əsasən Hindistan, Nepal və Banqladeşi əhatə edib. Hazırda Hindistanda daşqın bölgəsində məskunlaşan 28 milyon nəfər əhalinin 20 faizi daşqından əziyyət çəkir. Qonşu Banqladeşdə isə təbii fəlakətdən əziyyət çəkənlərin sayı təxminən 6 milyon nəfərdir.