Kulinariya sahəsinin ən məşhur simalarından biri, peşəkar aşpaz Ceymi Oliverin mətbəxdə işinizi asanlaşdıracaq 25 qızıl məsləhətini təqdim edir:

1. Kotletə forma verən zaman əlinizi tez-tez isladın ki, ovcunuza yapışmasın.

2. Tapmadığınız inqredienti digər ərzaqla əvəzləyin, onsuz da dadlı alınacaq.

3. Makaron və ya vermişelin daha dadlı alınması üçün süzərkən, dibində biraz su saxlayın.

4. Limon və digər sitrus meyvələrdən daha çox şirə çıxmartmaq istəyirsinizsə, sıxmazdan öncə masa üzərində əlinizlə basaraq, yuvarlayın.

5. Kartofu soyub, yuduqdan sonra, üzərini ya dəsmal ya da salfetlə örtün ki, suyunu çəkib, bişdikdən sonra daha ləzzətli olsun.

6. Acı bibəri rəngi qaralanadək qızartsanız dadı şirin olacaq.

7. Limonun qabığını daha asan soymaq üçün, öncə 5 dəqiqə qaynar suda saxlayın.

8. İstənilən növ göbələyi bişdikdən sonra duzlamaq lazımdır.

9. Limonun qabığını soyarkən çalışın ağ hissəsi soyulmasın, bütöv üzərində qalsın.

10. Şokoladlı sous və qlazurların içinə 1 neçə damcı apelsın şirəsi çıxanda daha ətirli olur.

11. Yeməyiniz çox yağlı alınıbsa, içinə 1 dilim ananas atın.

12. Yağlı ətlə ərik ideal vəhdət təşkil edir.

13. Kağız toyuğun yağını çəkmək üçün gözəl üsuldur.

14. Təzə çuğunduru duzlu suda bişirin.

15. Qrilin altına çox kömür qoymayın. Hətta daha yaxşı olar ki, bir tərəfindən qoyasınız.

16. Salat üçün nəzərdə tutulmuş kartofu isti-isti doğramaq lazımdır.

17. Ət qızardarkən, üzərinə 1 xörək qaşığı un səpin ki, qızardıqdan sonra daha xırçıltılı olsun.

18. Balıq qızardarkən, tavanı yox balığın özünü yağa batırmaq lazımdır.

19. Əlinizin altında sarımsaq xırdalamaq üçün təkcə bıçaq varsa, sarımsağı doğradıqdan sonra duzlayın.

20. Kartofun üzərinə göyərtini süfrəyə verməzdən 1 neçə dəqiqə öncə səpin.

21. Mayonezsiz salatlara məxsusi dad vermək istəyirsinizsə, limon suyu və razyana toxumundan sous hazırlayıb, üzərinə səpin.

22. Çili bibərinin acılığını çıxarmaq üçün bol suda yuyub, toxumlarını təmizləyin.

23. Soğan qovurarkən, az qoxu çıxmağını və yeməkdə çox bilinməməyini istəyirsinizsə, tavaya duz atıb, soğanı aşağı odda qızardın.

24. 1 neçə xörək qaşığı sirkə zeytunun duzunu çıxarmağa kömək edir.

25. Balı qızdırmaq üçün ağzı bağlı şüşə qabda, içərisində qaynar su olan qazana qoymaq kifayətdir.

 

Publika.az