Bu gün Qırğızıstan hökuməti tam tərkibdə istefa verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov hökumətin avqustun 21-də keçirilən iclasında məlumat verib.
Baş nazir deyib: “Qırğızıstan Sosial-Demokrat Partiyası prezident seçkiləri üçün mənim namizədliyimi irəli sürüb. Oktyabrın 15-də keçiriləcək seçkilərdə iştirak edəcəyəm və hökumətin istefası da bununla əlaqədardır”.
Qırğızıstan Prezidenti Almazbek Atambayev istefanı qəbul edib. O, Sooronbay Jeenbekovla görüşündə ona təşəkkürünü bildirərək deyib: “Prezidentliyim dövründə işlədiyim hökumətlərin ən yaxşısı sizin qurduğunuz hökumət olub”.